"Qarabağ" - "Atletiko" oyununa gedəcək azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq

“Qarabağ” azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi “Atletiko” ilə oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək.

 

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.


Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilərlər.


“Qarabağ” - “Atletiko” matçına bilet satışa davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Tarix: 16 Oktyabr 16:48    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.