“Neftçi”nin hesabına olan

Premyer Liqada mövsümün ən böyük hesabı qeydə alınıb. Sportinfo.az xəbər verir ki, 8-ci turun “Səbail”lə səfər oyununda 4:0 hesablı qələbə qazanan “Neftçi” cari mövsümdə 4 və ya daha çox top fərqilə qalib gələn ilk komanda olub.

 

Bunadək qeydə alınan üç böyükhesablı nəticənin hamısında fərq 3-ə bərabər olub. Bu məğlubiyyət “Səbail”in tarixinə Premyer Liqadakı ilk böyükhesablı yenilgi kimi düşüb.

 

Paytaxt təmsilçisi buna üzülən 58-ci komanda olub. Bununla da nəticələri ləğv olunan “Gənclik”dən başqa Premyer Liqada oynayıb, belə yenilgi almayan komanda qalmayıb. Bu siyahıda antirekord MOİK-ə məxsusdur – 52 böyükhesablı məğlubiyyət.

 

Belə qələbələr sayında rekordçu olan “Neftçi” isə 118-ci uğuruna sevinib. “Ağ-qaralar” bu il aprelin 15-də AZAL üzərində 4:0 hesablı qələbədən 183 gün sonra böyük fərqlə qalib gəlib. Son böyükhesablı qələbələrini evdə qazanan “Neftçi” rəqib meydanında belə uğuru təxminən 4 il 8 aydan sonra əldə edib.

 

Bakılılar səfərdəki son belə qələbəsini 1709 gün əvvəl - 2013-cü il fevralın 9-da “Kəpəz”i 3:0 hesabı ilə udanda qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşma da “Səbail” – “Neftçi” matçının keçirildiyi “Dalğa Arena”da baş tutmuşdu. 

Tarix: 16 Oktyabr 16:36    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.