"Atletiko"nun “Qarabağ”la oyun üçün Bakıya gələcəyi heyət

Çempionlar Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq “Atletiko” Bakıya 20 futbolçu ilə gələcək.

 

Sportinfo.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Dieqo Simeone oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.

 

Yerli vaxtla saat 14:00-da yola düşəcək “Atletiko” Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

 

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner

 

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes

 

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan


Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea

Tarix: 16 Oktyabr 15:36    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.