Millimizin üzvü Almaniyada məğlubiyyətin acısını daddı

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Qroyter”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

“Aue” geridə qalan 10 turda 13 xal toplayıb və 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Tarix: 16 Oktyabr 15:12    Oxunub: 79    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.