"Çiyinlərində böyük yük olmasına baxmayaraq, həmişə məsləhətlərə qulaq asır"

İtaliya A seriyasının 8-ci turunda əzəli rəqibi “Milan”ı məğlub edən (3:2) “İnter”in baş məşqçisi Luçano Spalletti oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Spalletti yerli mətbuata açıqlamasında Milan derbisindəki qələbənin gələcək uğurlar üçün ilham verdiyini, lakin komandada hələ də çatışmayan cəhətlərin olduğunu deyib:

 

“Belə oyunlardakı qələbə növbəti uğurlar üçün ilham verir. “İnter” bu gün inamlı təsir bağışladı. Ancaq oyunun bəzi anlarında problemlə qarşılaşdıq. Bu da, hələ də bəzi oyun komponentlərimizi inkişaf etdirməli olduğumuzu göstərir.

 

Derbi möhtəşəm keçdi. Məncə, nəticədən asılı olmayaraq, hamı bu oyundan zövq aldı. İkardi bu gün möhtəşəm çıxış etdi. Çiyinlərində böyük yük olmasına baxmayaraq, həmişə məsləhətlərə qulaq asır və öz üzərində çalışır”.

Tarix: 16 Oktyabr 14:24    Oxunub: 95    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.