"Bakı"nın prezidentinin "Atletiko"dan qonağı gəldi

"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Çempionlar Liqasının qrup mərhələsinin 3-ü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyununu izləmək üçün Bakıya gəlib.

 

Onu Heydər Əliyev  adına Beynəlxalq Hava Limanında "Bakı"nın vitse-preizdenti Yaşar Seyidov qarşılaşıb.
 
Səfərdə məqsəd "Atletiko" - "Qarabağ" görüşünü izləmək və Bakı Futbol Akademiyası ilə gələcək əməkdaşlığı müzakirə etməkdi.

 

"Atletiko"nun əfsanələrindən olmuş Pantiç 2013-cü ildə "Bakı"nın baş məşqçisi təyin edildiyi günə qədər "Atletiko"nun əvəzedici heyətini çalışdırıb.

 

Serbiyalı mütəxəssis Azərbaycandan 2014-cü ilin yayında ayrılıb. "Zolaqlılar"la müqaviləsinin başa çatmasına 1 il qalsa da. Gedəndə isə klubun ona 5 aylıq maaş borcu qalırdı.

 

Pantiç həm bundan, həm də növbəti 1 il üçün almalı olduğu kompensasiyadan imtina etdi. Hafiz Məmmədovun real vəziyyətini bilərək. Axı "Bakı"nın prezidenti onunla dost idi. 

 

Sonradan tərəflər bir neçə dəfə Madriddə görüşdü. Və bu yaxınlıq qaldı, indi də davam edir. Əksər əcnəbilərdən fərqli olaraq, FİFA-ya şikayət ərizəsi göndərməyən balkanlı mütəxəssisi yenə Bakıda H.Məmmədov qonaqlayacaq (Sportinfo.az).

Tarix: 16 Oktyabr 14:12    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.