Levon Aronyan: “Azərbaycanlı şahmatçının atası zəng vurub, heç-heçə oynamağımı xahiş etdi”

Erməni qrossmeyster Levon Aronyan ölkəsinin İctimai radiosuna müsahibəsində azərbaycanlı şahmatçı ilə bağlı xatirəsini danışıb.

 

Sportinfo.az xəbər verir ki, Aronyan müsahibəsində deyib: “Şahmat yolumun başlanğıcında azərbaycanlı oyunçularla qarşılaşmalar hardasa həyəcan verirdi, lakin indi belə şey yoxdur, öhdəsindən gəlməyə çalışıram.

 

Yalnız qələbə gəlməyin lazım olması barədə çox düşünəndə əksinə olur. Bir hadisə danışım, amma ad çəkməyəcəyəm. 2003, ya da 2004-cü ildə Avropa çempionatında çıxış edirdim. Gecə saat 2-nin yarısı mənə zəng gəldi.

 

Azərbaycanlı şahmatçılardan birinin atası sabahkı oyunda oğlu ilə heç-heçə etməyimi xahiş etdi və bildirdi ki. bu, onlar üçün vacibdi. Belə şeyləri xoşlamadığım üçün etiraz etdim. Ertəsi gün isə oyun elə gətirdi ki, az qala məğlub olacaqdım. Sonda heç-heçəyə nail oldum (gülür)”.

 

Araşdıraraq müəyyənləşdirdik ki, 2003 və 2004-cü illərdə Aronyan Avropa çempionatlarında oynayıb. 2003-cü ildə Sərxan Quliyevlə heç-heçə edib. 2004-cü ildə isə Zeynəb Məmmədyarovaya qalib gəlib, lakin Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla oyunları heç-heçə bitirib.

Tarix: 16 Oktyabr 13:24    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.