Almaniya və Çexiyaya uduzan millimiz 25 pillə gerilədi

FIFA milli komandaların növbəti yeni reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində baş tutan son oyunlar siyahıda ciddi dəyişikliklərə səbəb olub.
 
Yığma ilk "100-lüy"ü tərk edib. Çexiyaya (1:2), daha sonra Almaniyaya (1:5) uduzan millimiz ötən siyahı ilə müqayisədə 23 pillə geriləyib. Sentyabrda açıqlanan reytinqdə 388 xalla 92-ci olan komandamız hazırda 273 xalla 115-ci sırada qərarlaşıb.
 
Ümumiyyətlə, Azərbaycan son bir ayda ən çox geriləyən 3-cü ölkədi. Yalnız Ekvador və Litva bizdən daha artıq - 25 pillə geri addım atıb.
 
Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən olan Almaniya yenə də dünyanlın ən güclüsüdü. Qrup ikincisi olan Şimali İrlandiya 3 pillə geriləyərək, 23-cü sıraya düşüb. Çexiya 12, Norveç 15 pillə irəliləyib və bu millilər müvafiq olaraq, 46 və 58-cidi. San-Marino isə əvvəlkitək 204-cü sırada qərarlaşıb.
 
Ən güclülərin yer aldığı ilk “10-luq”da da bir sıra dəyişikliklər qeydə alınıb. Almaniya zirvədəki mövqeyini qoruyub. Braziliya, Portuqaliya, Argentina, Belçika və Polşanın da mövqeyi dəyişilməz qalıb və onlar sonrakı 5 mövqedə qərar tutublar. Fransa bir pillə irəliləyərək, 7-ci yerə yüksəlib. İspaniya 3 pillə irəliləyişə nail olaraq 8-ci sıraya qayıdıb, Çili 9-cu yerdəki mövqeyini qoruyub, Peru ilk “10-luğ”a daxil olub.

 

Tarix: 16 Oktyabr 13:12    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.