"Qəbələ" qış fasiləsində hansı futbolçularla yollarını ayıracaq?

"Baş məşqçiylə komandanın vəziyyəti barədə tez-tez söhbət edir, fikir mübadiləsi aparırıq. Ancaq o, qışda hansı futbolçularla yolla ayırmaq istədiyini bizə bildirməyib. Əsassız xəbərlərdi".


Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisinin bildirdiyinə görə, Roman Qriqorçukun Joze Monroz, Elvin Məmmədov, Aqil Məmmədov, Ürfan Abbasov, Deyv Bulhuis, Endri Holidey daxil olmaqla, bir sıra yerli və əcnəbi oyunçularla vidalaşmağa hazırlaşması həqiqəti əks etdirmir.


Sitat: "Bütün futbolçularla müqaviləmiz var. Qış fasiləsinə də az qalmayıb. Hazırda zədəlilərimiz çoxdu. Belə bir vaxtda kimin göndərilib, kimin saxlanılmasından danışmaq yersizdi. Komandanın qarşısına məqsəd qoyulub və bütün futbolçular bilir ki, həmin hədəfə çatmaq lazımdı.

 

Hamı bu barədə fikirləşir. Klubumuz məşqçi və futbolçuların öhdəliklərini yerinə yetirir. Qriqorçukun bəzi futbolçulardan narazı qalmağa əsası var, çünki onlar hələ öz səviyyələrindən aşağı çıxış edirlər. Bu iki ay ümidləri doğrultmaları üçün kifayətdi".

Tarix: 16 Oktyabr 11:48    Oxunub: 472    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.