"Neftçi"də qruplaşma olmasını indiyədək hiss etməmişəm"

Premyer Liqada 8-ci turun son matçında “Neftçi” - “Səbail” oyunu "ağ-qaralar"ın qələbəsi ilə başa çatdı - 4:0.

Sportinfo.az xəbər verir ki, matçdan sonra “Neftçi”nin çilili hücumçusu İqnasio Errera sualları cavablandırıb:

 

Növbəti 3 xalınızı böyükhesablı qələbə sayəsində qazandınız. Matçla bağlı nə deyə bilərsən?

- Əlbəttə ki, bu oyuna çox ciddi hazırlaşmışdıq, rəqibimizi qısa fasilə ərzində analiz etmişdik. Bizim üçün qələbə qazanmaq çox önəmli idi. Hücum və müdafiədə komanda şəkilində çox yaxşı mübarizə apardıq. Bu qələbə bizə növbəti oyunlarda inamlı çıxış etmək üçün kömək olacaq. Bu oyunu unutmalı və "Kəpəz"lə oyuna hazırlaşmalıyıq. 

 

Yeni baş məşqçi Tərlan Əhmədov bildirir ki, artıq komandada qruplaşma yoxdu. Maraqlıdı, əvvəl vəziyyət necə idi?

- Mən bu suala şəxsi düşüncəmlə cavab vermək istəyirəm. Burada olduğum ilk gündən heç bir qruplaşmada iştirak etməmişəm və bundan sonra da etməyəcəyəm. Komandada qruplaşma olduğunu indiyədək hiss etməmişəm. Sadəcə, komandada dil amili rol oynayırdı. Məsələn, mən ispan dilində danışıram və öz dilimi bilən insanlarla münasibət qururam. Bəli, bu, kənardan qruplaşma kimi görünə bilər. Yenə demək istəyirəm, komandada heç bir qruplaşma olmayıb. 

 

Əvəzlənən zaman nəyəsə etiraz edirdin. Bu, nə ilə bağlı idi?

- Rəqibin zəif nöqtəsini tutmuşduq və bir neçə qol vurmaq istəyirdim. Meydanı tərk edən zaman əsəbi olduğumu gizlətməyə çalışsam da, alınmadı. Mənə elə gəlir ki, meydanı tərk etmək hər bir futbolçuya pis təsir edər bə belə halları normal qarşılamaq lazımdı.  

 

Oyundan bir gün öncə komanda ilə yeni müqavilə imzaladın. Bununla bağlı nə deyə bilərsən?

- Mən peşəkar futbolçuyam. Komandadan gedəcəyimi bilsəm də, son günə qədər məşq edəcəyəm. Bu cür amillər mənim məşqimə və oyunuma təsir etmir. Sadəcə, burada mənə dəstək verən klub rəsmilərinə və azarkeşlərə təşəkkür etmək istəyirəm. 

Tarix: 16 Oktyabr 11:00    Oxunub: 125    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.