Hafiz Məmmədov: "Mən saxlanılmamışam, evimdəyəm"

"Bakı"nın prezidenti Hafiz Məmmədov saxlanılması barədə şayiələri təkzib edib. Sportinfo.az xəbər verir ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb.

 

Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir.

 

Bu hadisələrdən sonra guya biznesmen özü də saxlanılıb. Biznesmen isə virtualaz.org-un müxbirinə deyib:

 

"Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.

 

Tarix: 16 Oktyabr 08:24    Oxunub: 266    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.