Tərlan Əhmədov: "Neftçi"də qruplaşma problemini həll etmişəm"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda səfərdə “Səbail”i məğlub edən (4:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb. 
 

- Futbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqlarına görə “çox sağ ol” deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdı. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Oyunumuzu daha yaxşı səviyyəyə çatdırmalıyıq. Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün isə Meza Kolli qırmızı vərəqə aldı.

 

Meza Kollinin qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiz?
- Həmin epizodu görməmişəm. Təkrara baxacam. Əvvəllər də demişəm, son ümid foluna görə qayda pozuntusuna normal baxıram. Ancaq ehtiyac olmayan bir vəziyyətdə qırmızı alırsa, cəza olmalıdı. 

 

Bu gün Rəşad Sadiqov müdafiənin mərkəzində çıxış edirdi...
- Rəşad “Qəbələ”də də həmin mövqedə oynamışdı. Onun Meza Kolli ilə oyunu yaxşı alındı. Ancaq Rəşada həmin mövqedə şans verməyimə səbəblərdən biri də məcburiyyət idi. Belə ki, Petrovun sarı vərəqə limiti dolduğundan, Sadiqova şans verməli oldum.

 

Sizi komandada daha çox hansı məqam narahat edir?
- Komandada qruplaşma məsələsi məni çox narahat edirdi. Bu gün bu problemi həll etmişəm. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə, onları əvəz etmək çətin olur. AZAL-da bəzən 3 müdafiəçi üçün çıxış edirdik. Burda da oxşar problemlər var.

 

Komandanı növbəti turda “Kəpəz”lə Gəncədə çətin oyun gözləyir. Orda anşlaq olacağı gözlənilir...
- Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. “Zirə” və “Qəbələ” ilə oyunlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. “İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdı. Bu, əksinə oyunçulara stimul olmalıdı. Həmin oyunda əsas problem Meza Kollinin yoxluğu ola bilər.

 

Komandaya hələ də fiziki hazırlıq üzrə məşqçi təyin olunmayıb...
- Danışıqlar gedir, hələ ki, dəqiq bir şey yoxdu. 

Tarix: 16 Oktyabr 00:24    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.