Sadıq Sadıqov rayonlarda uşaq axtarışına çıxıb - VİDEO

Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

 

Sportinfo.az xəbər verir ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.


Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilir. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdi.


Yarışlar Azərbaycan Cüdo Federasiyasının tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirlir.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim edilir. Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə çempionatında mübarizə aparacaqlar.

 

Tarix: 15 Oktyabr 09:39    Oxunub: 209    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.