"Azərbaycan millisindən təklif almamışam"

Millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızla müqavilə müddəti bu ilin dekabrında başa çatır. Türkiyəli Engin Fırat Azərbaycan millisini çalışdıracağı barədə iddialara münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, o, “ajansspor”a açıqlamasında yığmamızdan təklif almadığını deyib:

 

“Hazırda ABŞ-ın “Dallas” komandasındayam. Ancaq burdan ayrılacam. Başqa komandada çalışmaq istəyirəm. Bir neçə klubla danışıqlar aparıram. Millilərdən də təklif var.

 

Moldova və Kosova yığmalarını çalışdırmaq üçün bu ölkələrdən rəsmi təklif almışam. Lakin Azərbaycandan təklif almamışam. Bu barədə iddialar həqiqəti əks etdirmir. Çin liqasında çalışmaq hədəflərim arasındadı”.

Tarix: 13 Oktyabr 14:12    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.