FİFA bu jestə görə millinin xilaskarını cəzalandıracaq - FOTO

Avstraliya yığmasının futbolçusu Tim Keyhill FİFA tərəfindən cəzaya məruz qalacaq. Sportinfo.az xəbər verir ki, buna səbəb futbolçunun qol sevinci zamanı nümayiş etdirdiyi jestdi.

 

Keyhill Suriya ilə keçirilən pley-off qarşılaşmasnın qəhrəmanı olub. O, cavab oyununda dublla yadda qalıb. 37 yaşlı futbolçu qol vurduqdan sonra şəxsi sponsoru olan “TripADeal” kompaniyasına işarə olaraq, əli ilə “T” hərfini göstərib.

 

Əslində, bu jest diqqətdən kənarda qalmışdı. Ancaq kompaniya Keyhilli “instaqram”da təbrik etdikdən sonra FİFA duyuq düşüb. Təbrik sonradan silinsə də, artıq FİFA məsələ ilə bağlı araşdırmalara başlayıb.

Tarix: 13 Oktyabr 13:48    Oxunub: 288    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.