"Hələlik burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam"

“Barselona”nın müdafiəçisi Xavyer Maskerano klubdan ayrılmaq barədə düşünür. Maskerano 2010-cu ildən “Barsa”nın şərəfini qoruyur. O, cari mövsümdə cəmi 5 oyunda şans qazanıb.

 

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu “Marka”ya açıqlamasında cari mövsümdə az şans qazandığını, buna görə, mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:

 

“Bu mövsümdə “Barselona”da az şans qazanıram. Buna baxmayaraq, həmişə meydana çıxmağa hazır oluram. Mənim hələ Kataloniya klubuyla müqaviləm var. Mövsümün sonunda qərar verəcəm.

 

Hələ ki, burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam. “Barselona”da mənə həmişə komandada olmağımdan xoşbəxt olduqlarını deyirlər. Lakin məncə, fikirləşmək üçün vaxtdı”.

Tarix: 13 Oktyabr 13:36    Oxunub: 70    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.