Məmmədovun növbəti yalanı: Kollinanın Ağayevi gözü götürmür?

Azərbaycanın FİFA referilərinin sayı 4-ə çata bilər. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib ki, hazırkı üç baş hakimdən əlavə, daha bir nəfərin də adı FİFA Hakimlər Komitəsinə göndərilən siyahıya daxil edilib. 


X.Məmmədov həmin referinin adını öncədən açıqlamağın doğru olmadığını söyləyib: “Hazırda üç FİFA referimiz var. Bunlar Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevdir.

 

Onların sayını dördə çatdırmaq istəyirik. Bu məqsədlə daha bir baş hakimin adını siyahıya daxil etmişik. Lakin son qərarı yenə də noyabrda FİFA verəcək”.


Azərbaycan Premyer Liqasının oyunlarına daha çox təyinat alan Rəvan Həmzəzadə və ya Orxan Məmmədovun siyahıda dördüncü referi olma ehtimalı daha böyükdü. O.Məmmədov daha əvvəl FİFA referisi statusunu daşıyıb.  Güman ki, elə Həmzəzadə qabağa salınacaq. Ancaq bu, o demək deyil ki, keçəcək.

 

Hakimbaşı gözdən pərdə asır. Həmişəki qayda və minvalla. Məlumunuz olsun ki, FİFA hər il yenilənən siyahıya yalnız dərəcələri artırmır və ya azaltmır. Eyni zamanda, həir federasiyaya əlavə 1 yer ayırır ki, ehtiyat namizədinin adını yazsın.

 

AFFA artıq uzun illərdi ki, bu praktikadan istifadə edir. Ancaq hələ olmayıb ki, həmin əlavə namizəd dərəcə alsın, statusunu dəyişsin. 3 nəfəri təsdiq ediblər, dördüncünü yox. İndi rüşvərpərəst sədr göstərməyə çalışır ki, guya, iş görür, UEFA bunları syaır. Ay-hay! 


XMəmmədov bildirib ki, Əliyar Ağayevin FİFA-da I kateqoriyaya yüksəlməsi 2018-ci ilin yayında mümkündü. Komitə sədri iddia edib ki, Ağayevin bu ilin yayında I kateqoriyaya yüksəlməsinə FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina icazə verməyib:


“Ötən ilə qədər kateqoriya dəyişikliyi iki dəfə olurdu. Lakin artıq bir dəfə - mövsümlərarası fasilədə baş tutacaq. Bu yay komitə üzvləri Ağayevin I kateqoriyaya keçməsinə qarşı deyildilər.


Sadəcə, Kollina referimizi daha bir il izləməyi məqsədəuyğun sayıb. Əliyar hələlik beynəlxalq matçlarda özünü yaxşı tərəfdən göstərir. Sonuncu dəfə ötən ay Avropa Liqasında "Gimaraynş" - "Zalsburq" görüşünü idarə edib və yüksək qiymət alıb".


Ağayev hazırda istedadlar qrupu sayılan II kateqoriaya daxildi. Məmmədov Ağayevin Premyer Liqanın son iki turunda referi kimi təyinat almamasına da aydınlıq gətirib. O, deyib ki, təyinatlar oyun sayı prinsipi ilə verilir: 


“Əliyarın son iki turda heç bir görüşü idarə etməməsi onun cəzalı olması ilə bağlı deyil. Biz oyun sayını nəzərə alırıq. Hakimlərin oyun praktikasının çox olmasına çalışırıq. Kimdə azdısa, onlara təyinat veririk. Növbəti turda yüz faiz matç idarə edəcək”.


Əliyarın Premyer Liqa perfomansı göz önündədi. Barmaqarası yanaşır. Fikri avrokuboklardadı, hələ də Çempionlar Liqasının xəyalı ilə yaşayır, ümidi var ki, bir gün qrup mərhələsinə təyinat alacaq.

 

X.Məmmədovun "tələbəmdi" deyib, yalandan öz adına çıxdığı Ağayevin I kateqoriya almamasında Kollinanı günahlandırması gülməlidi. Səviyyəsi düşük Premyer Liqanın hər oyununda böyük narazılığa səbəbkar olan, klubları özündən narazı salan Əliyarın çatışmazlıqlarını Kollina görmür yəni? o ki uşaq deyil, dünyanın ən brend hakimlərindən biri olub, quşu gözündən vurur.

 

Hakimin fit çalımasından bilir ki, "qab"ında nə var, nə yox. Ağayev hələ o səviyyəyə çatmayıb ki, birinci kateqoriyaya yüksəlsin və qitənin ən mötəbər klub yarışmasına dəvət alsın. İngilis dilini bilə bilər, gəl ki, fiziki göstəriciləri… Standartların lap yaxınından keçmir.

 

Hələ təyinat aldığı avro-oyunların raportları incələnsə… Sirr yatağının üstü açılar. Axı ona qiymət yazan avropalı hakim-inspektorlarında orda nələri qeyd etməsini Ağayevin özündən qeyrisi bilmir.


ELXAN 

Tarix: 13 Oktyabr 12:24    Oxunub: 289    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.