Barselonada ixtişaş törətdi - “Qarabağ”ın rəqibinin azarkeşləri

“Atletiko”, “Valensiya” və “Sabadel”in bir qrup azarkeşi Barselonada ixtişaş törədib. Sportinfo.az xəbər verir ki, oktyabrın 12-də İspaniyanın milli günü qeyd olunub.

 

Həmin gün İspaniyanın ərazi bütövlüyünü dəstəkləmək üçün bütün ölkədə dinc yürüşlər keçirilib. Yürüş zamanı sağ təmayüllü fanatlar kafelərdən birində ixtişaş törədiblər.

 

Onlar stol və stulları sınıdırıblar. Polis heç kimi saxlamasa da, ixtişaşda iştirak edən bir neçə nəfərin şəxsiyyətini müəyyənləşdirib. İspaniyada keçirilən dinc yürüşlərdə 65 min insanın iştirak etdiyi bildirilir.

Tarix: 13 Oktyabr 12:12    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.