"Onu bura gərirməliyik, çünki Azərbaycan millisi ilə uğur qazandı"

"Prosineçki böyük nəslin böyük futbolçularından biridi. O, Bosniya və Herseqovina üçün ən doğru seçim olar".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri bosniya və herseqovinalı məşqçi İvitsa Osim yerli mətbuata açıqlamasında deyib. 

 

Mütəxəssis Azərbaycan millisi ilə müqaviləsi başa çatan xorvatiyalı mütəxəssis Robert Prosineçkinin ölkəsinin yığmasında namizəd olmasını əla seçim sayıb: "Onu çox yüksək qiymətləndirirəm. Futbolçu vaxtından çox istedadlı idi. Robi güclüdü.

 

O, bizə çox şey verə bilər. Fikrimcə, AÇ-2020-də oynamaq istəyiriksə, baş məşqçi seçimini Prosineçkidən yana etməliyik.

 

Robi zəif Azərbaycan millisi ilə uğurlar qazanmışdı. Seçmə mərhələyə əla başladı. Lakin sonda bir az zəif oynadılar. Onun xarizması bizim komandaya lazımdır".

Tarix: 13 Oktyabr 11:36    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.