Gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdı

Hollandiya millisinin baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək. Sportinfo.az xəbər verir ki, bu barədə 70 yaşlı mütəxəssisin özü “Football Oranje” portalına açıqlama verib.

 

O, bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdı. Advokat yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacağını söyləyib.


Dik Advokat bu il iyunun 1-də Hollaniya millisinin baş məşqçisi postunda Danni Blindi əvəzləyib. Lakin onun rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.

 

Niderlandlılar yer aldıqları A qrupunda Fransa və İsveçdən geri qalaraq, 3-cü yeri tutublar. 70 yaşlı mütəxəssis 1992 - 1994 və 2002 - 2004-cü illərdə də ölkəsinin milli komandasının baş məşqçisi olub.

Tarix: 13 Oktyabr 11:24    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.