Qubada yeni bölgə birinciliyi

Cüdo üzrə bölgə birinciliyi yarışları bu dəfə Qubada davam etdirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil olunan yarışda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı və Abşeron rayonlarının yeniyetmə idmançıları qatılıb.


Birincilikdə iki yaş qrupu üzrə oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışların açılış mərasimində ACF və Quba rayon icra hakimiyyəti rəsmiləri, eləcə də tanınmış mütəxəssislər çıxış edərək ölkədə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar.

 

Onlar cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı nailiyyətlərindən söhbət açıblar. Şimal - Şərq bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qaliblərə federasiyanın diplomları, medallar və hədiyyələr təqdim olunub.

Tarix: 13 Oktyabr 10:36    Oxunub: 102    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.