"Klubun düşərgəsinə qızla gəlmişdim, gizlicə otağa qalxanda..."

“Alanyaspor”un braziliyalı hücumçusu Vaqner Lav maraqlı etirafla gündəmə gəlib. Sportinfo.az xəbər verir ki, əsl adı Vaqner Silva de Souza olan 33 yaşlı futbolçu ona niyə Vaqner Lav (ingiliscə “love”) deyilməsinə belə aydınlıq gətirib:

 

“Bunun hekayəsini danışanda həyat yoldaşım mənə əsəbləşəcək (gülür). 7 il əvvəl qanımızın qaynayan vaxtı idi. Klubun düşərgəsinə qızla gəlmişdim. Gizli-gizli otağa çıxanda baş məşqçimiz gördü.

 

O gündən komanda yoldaşlarım mənə “love” deməyə başladı. Eşq ləqəbi də üstümdə qaldı. Düzü, sevgilimlə pis bir niyyətimiz də yox idi (gülür). O günlər artıq geridə qaldı. İndi isə evliyəm”.

Tarix: 13 Oktyabr 10:24    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.