Azərbaycanlı Türkiyə millisində

Yunan-Roma güləşi üzrə 2-qat Avropa çempionumuz Elçin Əliyev karyerasını Türkiyə millisində davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, tutullu idmançı bir müddətdir qardaş ölkədə məşq edir və artıq ailəsi də yanındadır. Yeni çəki dərəcələrinə əsasən, o, bundan sonra 60 kq-da çıxış edəcək.

.

Elçin Əliyev yüngül çəkidə Azərbaycanınən istedadlı idmançılarından sayılırdı. AGF-in əski baş katibi Əjdər Cəfərovun dönəmində yersiz səbəbdən yığmadan kənarlaşdırılan bahadır beynəlxalq yarışlardan kənar qalmışdı.

 

Rio olimpiadası ərəfəsində milliyə qaytarılan idmançı, federasiyada məlum maliyyə vəziyyəti səbəbindən uzun komandada qala bilməyib. Mütəxəssislərin rəyinə görə, o yüksək hazırılıq səviyyəsinə döndükdən sonra dünya səhnəsində yenidən aparıcı isimlərdən olacaq.

Tarix: 13 Oktyabr 09:12    Oxunub: 931    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.