Prosineçki: "Mənə Bosniya və Sloveniya yığmasından təklif yoxdu"

Milli komandamızın çalışdırıcısı Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, mütəəssis adının Sloveniya və Bosniya və Herseqovina yığmaları ilə birgə hallanmasına münasibət bildirib. Prosineçki rəsmi təklif almadığını söyləyib:

 

"Mənə Bosniya və Herseqovina millisindən təklif almağımla bağlı jurnalistlər sual verir. Ancaq mən bu ölkənin federasiyasından heç bir təklif almamışam. Heç bir söhbətimiz olmayıb.

 

Mən də bu haqda sizdən eşidirəm. Bu məlumatlardan xəbərsizəm. Heç Sloveniya yığmasından da təklif yoxdu. Mən namizədlər siyahısında ola bilərəm, ancaq rəsmi təklif yoxdur".

 

Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.

Tarix: 13 Oktyabr 08:24    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.