Klub prezidenti şübhəli şəxs qismində dindirildi, evində axtarış aparıldı

İsveçrənin federal prokurorluğu Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə qarşı iş açıb.

 

Sportinfo.az xəbər verir ki, qətərli funksioner baş direktoru olduğu “BeIN Media Group” şirkəti tərəfindən 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu korrupsiya yolu ilə əldə etməkdə şübhəli bilinir.

 

İstintaq FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verilməsi ilə bağlı aparılır. Artıq bu şəxs məsələ ilə bağlı dindirilib və onun Fransa, Yunanıstan, İtaliya və İspaniyadakı əmlaklarında axtarış aparılıb.

 

Jerom Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb.

Tarix: 13 Oktyabr 08:12    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.