“Araz” vahid lider oldu

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun əsas mərhələsində mübarizə apardığı 8-ci qrupda bu gün daha bir oyun baş tutub.

 

Sportinfo.az xəbər verir ki, qrup oyunlarına ev sahibliyi edən Rumıniyanın “Deva” klubu Bosniya və Hersoqovina çempionu “Mostar” komandasının sınağa çəkib.

 

İlk turda “Mostar” “Araz”a 2:5 hesabıyla uduzduğu halda, “Deva” da “St Andreus”a qalib gəlmişdi - 5:2. Lakin Rumıniya çempionu bosniyalılarla görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib – 2:3.

 

Günün ilk matçında da “Araz” “St Andreus”a 6:4 hesabıyla qalib gəlmişdi. Bu üzdən də təmsilçimiz qrupda vahid liderə çevrilib. Azərbaycan çempionu son oyununu oktyabrın 14-də “Deva”ya qarşı keçirəcək.

 

“Araz” – 6, “Deva” – 3, “Mostar” 3, “St Andreus” – 0.

Tarix: 13 Oktyabr 08:00    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.