Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri

2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

 

G qrupunda yer alan Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.

 

Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququna yiyələnəcək. Həmçinin 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündür.

 

Bunun üçün 7 qrupun ikinciləri arasında ən çox xal toplayan 5 komanda sırasına düşmək lazımdır. Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.

 

A qrupu: Finlandiya, Danimarka, Rumıniya
B qrupu: Estoniya, Latviya, İsrail
C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya
D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya
E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan
F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə
G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq

 

Avropa Voleybol Konfederasiyasının sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33-cü, Lüksemburq isə 34-cü yerdədi.

 

2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.

Tarix: 13 Oktyabr 00:53    Oxunub: 293    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.