"Ümid edirəm, razılığa gələ biləcəyik, ancaq qışda ayrılmaqları istisna deyil”

“Arsenal”ın baş məşqçisi Arsen Venger komandanın əsas heyət üzvləri Aleksis Sançes və Məsut Özil barədə danışıb.

 

Həm Özilin, həm də Sançesin “topçular”la müqavilə müddəti mövsümün sonunda bitəcək. Sportinfo.az xəbər verir ki, fransız mütəxəssis BBC-yə açıqlamasında hər iki futbolçunun qışda komandanı tərk etməsinin istisna olmadığını deyib:

 

“Özillə danışıqlar yaxşı davam edir, lakin bu, o demək deyil ki, o klubdan ayrılmaq istəmir. Sançes də hazırda komandadakı mövqeyindən razıdı. Ümid edirəm ki, biz razılığa gələ biləcəyik. Ancaq onların qışda komandadan ayrılmaqları da istisna deyil”.

Tarix: 13 Oktyabr 00:00    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.