Qriqorçukun adının hallandığı milliylə bağlı yeni...

Andrey Şevçenko ən azı noyabra kimi Ukrayna millisinin “sükanı arxasında” olacaq. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Futbol24” yayıb.

 

Belə ki, məlumatda son vaxtlar yayılmış xəbərlərin əksinə olaraq, yerli futbol federasiyasının Şevçenko və onun köməkçilərini tezliklə istefaya göndərmək niyyətində olmadığı, sözügedən məşqçilər korpusunun ən azı noyabrda keçiriləcək yoldaşlıq matçına kimi millinin “sükanı arxasında” yer alacağı qeyd edilib.

 

Bir müddət öncə Ukrayna mətbuatında Şevçenkonun tezliklə istefaya göndəriləcəyi barədə xəbərlər yayılmış, onun postuna bir neçə namizəd də göstərilmişdi. Bu namizədlər arasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da adı yer almışdı.

Tarix: 12 Oktyabr 20:48    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.