Rauf Əliyev Albaniya çempionatında son nöqtəni qoydu

Albaniya çempionatında 5-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Luşnya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf start heyətdə meydana çıxıb. Komandasının ikinci qolunu da Əliyev vurub.

 

O, 60-cı dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib. “Kukesi” hazırda 10 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 12 Oktyabr 20:24    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.