Hafiz Məmmədov çalışır, AFFA "Bakı"ya yardım edir - SON GƏLİŞMƏ

Üç ildən artıqdı durğunluq yaşayan və peşəkar klub statusunu itirən "Bakı" bugünlərdə yeni nəfəs aldı. Paytaxt təmsilçisi veteran futbolçu İsgəndər Cavadovun adına akademiya açdı. Hazırda burda 5 komanda fəaliyyət göstərir. Bunlar U-10, U-12, U-13, U-14 və U-15 kollektivləridi. 


Həvəskarlar liqasından çəkilən və diqqətini yenidən uşaq futboluna yönəldən "zolaqlılar"ın düşərgəsinə 100-ə yaxın azyaşlı toplaşıb. Onlarla 3 məşqçi məşğul olur.

 

Ümumi nəzarətçi-kurator Azərbaycanın ən təcrübəli mütəxəssislərindən biri, vaxtilə "Şəmkir" və "Viləş"lə ölkəmiqyaslı bir çox uğurlu nəticələr qazanan, 2010-cu ildən "Bakı"da çalışan Qəhrəman Əliyevdi.


"Bakı"nın bazası Hafiz Məmmədovun ixtiyarındadı. Akademiyanın xərcini o çəkmir. Əlbəttə, istəyərdi çəksin. Ancaq indi onun vəziyyəti elədi ki…

 

Özünə kömək və dəstək lazımdı. 11 il Azərbaycan futboluna xidmət etmiş, bu yolda hər şeyindən keçmiş tanınmış iş adamı defolt olmuş böyük biznes imperiyasının bərpası ümidiylə yaşayır.

 

Onu ayaqda sazlayan da budu: gümanı var ki, çətin günlər müvəqqətidi, bir gün qapısının önündə "yaşıl işıq" yandırılacaq. 40-a yacın şirkətini bağlamaq məcburiyyətində qalan oliqarx əmindi ki, vaxt gələcək, haqsız yerə bu duruma salındığını sübuta yetirəcək.


Hələlik isə başı öz işinə qarışıb. Futbola diqqət ayırmağa nə vaxtı, nə də imkanı var. "Bakı" hardan maliyyələşir bəs?

 

I Divizionda mübarizə aparan MOİK Bicələridəki bazada məskunlaşıb. "Qəbələ" paytaxtda keçirdiyi oyunlara da burda hazırlaşır. Həmçinin həvəskarlar liqasında qüvvəsini sınayan "Tufan" bakılıların düşərgəsinə pənah gətirib.

 

Bu "mənbələr"dən gələn icarəhaqqı yalnız əsas meydançanın saxlanılmasına kifayətdi. Akademiyanın fəaliyyətini isə AFFA tənzimləyir.

 

Federasiya məşqçilərin bir o qədər çox olmayan maaşlarını verməklə yanaşı, stadionda kosmetik təmir aparır. Qurum Cavadovun adını daşıyan akademiyaya 50 top bağışlayıb. Bugünlərdə isə 85 dəst geyim "zolvqlılar"a hədiyyə olunacaq. 


Son həftələrdəki gəlişmə "Bakı"ya marağı artırıb. Keçmiş günlərini çıraqla axtaran şəhər klubuna axın var. Onlarla valideyn öz uşaqlarını baxışdan keçirmək üçün bura gətirir.

 

Odu ki, qışdan sonra dijər yaş qrupları üzrə komandaların da yaradılması gündəmdədi. Vaxtilə 400-ə yaxın yeniyetmə və gəncə qucaq açan "Bakı"da tezliklə bir sıra yeniliklər də gözlənilir.


SPORTİNFO.AZ

Tarix: 12 Oktyabr 19:48    Oxunub: 810    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.