BU AXŞAM: "Araz" "ölüb-dirildi"

UEFA kubokunun əsas mərhələsində mübarizəni davam etdirən Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununu keçirib. 

 

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Malta çempionu “St Andreus”la qarşılaşıb. Görüş həm gərgin, həm də bol qollu alınıb.

 

Təmsilçimiz uzun müddət bu oyunda hesabda geridə olsa da, son anda çətin və əzmkar qələbəyə imza atmağı bacarıb.

 

İlk oyunda “Mostar”la (Bosniya və Herseqovina) qarşılaşan çempionumuz 5:2 hesabı ilə qələbə qazanmışdı. “St Andreus” isə qrup oyunlarına ev sahibliyi edən Rumıniya “Deva”sına 2:5 hesabıyla uduzmuşdu.

 

“Araz” - “St Andreus” 6:4
Qollar: Penava, 10 (0:1). Autio, 11 (0:2). M.D.Silva, 20 (1:2). M.D.Silva, 23 (2:2). Rocerinyo, 26 (2:3). M.D.Silva, 29 (3:3). Penava, 32 (3:4). K.D.Santos, 35 (4:4). M.D.Silva, 39 (5:4). Bolinya, 39 (6:4).
Hakimlər: Kirill Naishouler (Finlandiya), İbrahim El Jilali (Hollandiya), Toma. Frak (Polşa).

 

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Teles Tyaqo, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 15. Karvalyo dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli.
Baş məşqçi: Alesio da Silva. 
“St Andreus”: 1. Kenneth Rakvaq (q), 3. Selino Alves, 9. Mark Zammit (k), 17. Zvezdan Vukoviç, 19. Emil Raduçu, 13. Clint Mifsud (q), 2. Panu Autio, 5. Frane Despotoviç, 7. Rocerenyo, 10. Qlen Bonelyo, 11. Andy Mangion, 14. Hrvoye Penava, 20. Georgi Frendo.
Baş məşqçi: Frane Despotoviç.

Tarix: 12 Oktyabr 19:36    Oxunub: 214    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.