"Qəbələ" UEFA-dan aldığı 1 milyon avroya yaxın pulu nə edəcək?

2017-2018-ci il mövsümündə Avropa Liqası turnirində iştirak etmiş Azərbaycan klublarına UEFA-nın ayırdığı vəsaitin məbləği müəyyənləşib. 


Avroliqanın II təsnifat mərhələsində mübarizəni dayandırmış "Zirə" və "İnter" hərəyə 440 min avro qazanıb. III təsnifat mərhələsində çıxışlarını başa vurmuş "Qəbələ"yə isə 460 min avro ayrılıb.


Maliyyə vəsaitləri AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Zirə" və "Qəbələ"nin hesablarına köçürülüb. “İnter” üçün nəzərdə tutulmuş vəsait isə klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.


UEFA Azərbaycan klubları üçün növbəti ödəniş edib. Qtə futbol qurumunun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub. 


Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb. Belə ki, “Qarabağ”a 75450, “Neftçi”yə 33220, “Qəbələ”yə 50960 avro ödənilib.


“Kəpəz” üçün isə 33220 avro nəzərdə tutulub ki, bu da klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.


İsveçrədən maliyyə alanlardan "Neftçi" əldə etdiyi pulu qış fastləsində yeni futbolçuların transferinə xərcləyəcək. "Qarabağ" da həmçinin.

 

"Qəbələ" isə  həmin vəsaiti cari mövsümün əvvəlindən büdcəyə daxil edib. Bu barədə Sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Maddi cəhətdən vəziyyətin normal olduğunu bildirən Əzizovun sözlərinə görə, UEFA-nın ayırdığı vəsaitin hara istiqamətləndiriləcəyi məlumdu:

 

"Hesablarmız düz çıxdı. Nə qədər gözləyirdiksə, UEFA o məbləği də "Qəbələ"yə ayırdı. Bunu öncədən bildiyimiz üçün yeni mövsümə nəzərdə tutulan büdcəyə salmışıq. Yəni, bundan sonra klub büdcəsində artım və azalma olmayacaq. UEFA-dan gələn vəsaiti başqa yeni işlərə sərf etməyəcəyik".

Tarix: 12 Oktyabr 18:48    Oxunub: 336    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.