Messiyə istirahət yoxdu - Bir dəqiqə belə kənarda qalmayıb

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi cari mövsümdəki göstəricisi ilə diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu cari mövsümdə klubunun heyətində keçirdiyi bütün oyunlarda əvəzlənmədən oynayıb.

 

O, avqustun 13-dən indiyə kimi 2-si İspaniya superkuboku, 2-si Çempionlar Liqası, 7-si isə La Liqada olmaqla, 11 oyunun hamısında 90 dəqiqə meydanda olub. O, bu matçlarda 14 qola imza atıb.

 

Bundan əlavə, Messi sentyabr-oktyabr aylarında Argentina millisinin keçirdiyi 4 oyunda da 90 dəqiqə meydanda olub. Ekvadorla son oyunda (3:1) het-trik edərək, millinin DÇ-2018-ə vəsiqə qazanmasında əvəzsiz rol oynayıb.

 

Ümumilikdə, Leo cari mövsümdə 15 oyunda 1350 dəqiqə meydanda olub, 17 qola imza atıb. O, bu müddət ərzində iki dəfə Avropadan Cənubi Amerikaya gedib qayıdıb.

Tarix: 12 Oktyabr 18:36    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.