Yeni nazir "Neftçi", "Bavariya" və Almaniya millisinin azarkeşidi

Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. O, vəfat edən Natiq Əliyevi əvəzləyib.


Yeni təyin olunan energetika naziri 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 


1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb.

 

1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.


1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

 

2005-ci ilin avqust ayından 2016-cı ilə kimi Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Ailəlidi, iki övladı var. Azərbaycan, ingilis, alman və rus dillərini bilir.


O, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludu. Əmisi Emin Şahbazov 2015-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini olub.


Sportinfo.az-ın məlumatına görə, yeni nazir futbol fanatıdı. Almaniya millisinin və "Bavariya"nın azarkeşidi. Tez-tez yolunu Bundesliqadan salan P.Şahbazov Azərbaycan futboluna da biganə deyil, O, "Neftçi" tərəfdarıdı. 

Tarix: 12 Oktyabr 18:00    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.