"Xəzər Lənkəran”lı baş məşqçi: "Heç vaxt görməmişəm ki..."

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak “Real”ın oyunçusu Qaret Beylin tez-tez zədələnməsi barədə fikir bildirib.

 

Sportinfo.az xəbər verir ki, mütəxəssis bunu Beylin oynadığı mövqe ilə əlaqələndirib. Uesli mütəxəssis onun tez-tez zədələnməsinin əsas səbəbi kimi sağ cinahda oynamasını göstərib:

 

“Yadımdadı, Beyllə ötürmə verərkən pəncəsinin xaric tərəfindən yararlandığı barədə çox söhbət etmişəm. Qaret həmişə sol tərəfdən yararlanan futbolçu olub. İndi isə sağ tərəfdə oynayır.

 

Qaret Beyl sol müdafiəçi olub və solda da oynayıb. Heç vaxt görməmişəm ki, Maldini və ya Roberto Karlos sağ cinahda oynasın. Ola bilsin ki, Beylin tez-tez zədələnməsinin səbəbi məhz budu”.

Tarix: 12 Oktyabr 17:36    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.