"Yalvar-yaxar elədik, dedi, milyon versəz də, qalan deyiləm"

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldyev sosial şəbəkədə maraqlı bir paylaşım edib.

 

Sportinfo.az xəbər verir ki, qadın futbolu ilə arası saz olsn PFL rəsmisi vaxtilə çalışdığı "Karvan"da qarşlaşdığı bir transfer hekayəsini xatırlayıb: 

 

"2005 ci ildə Viktoriyanı “Karvan”a gətirmək istəyirdik. Istanbulda başını bişirdik ki, gəl müqaviləni burda imzalayaq. Razılaşmadı, dedi, gedib komandanın stadionuna, bazasına və ən əsası təmsil etdiyi şəhərə yerində baxmalıyam.

 

Gətirdik bunu Yexlaxa, Kürün üstündəki körpünü təzə keçmişdik ki, ağcaqanadlar tökülüşdü yetimin üstünə. Təpik-sillə, birtəhər xilas olduq. Getdik şəhəri gəzməyə, soruşdu ki gecə klubu, "barlar sokağı" hardadı? Harda boulinq oynaya bilərəm?

 

Dedik, boulinq söz verə bilmərik maksimum bazanin həyətində 7 şüşə oynaya bilərsən. Soruşdu ki, ispan dilində məktəb də yoxdu? Cavab verdik ki, burda ispan dilində ancaq fit çala bilərsən. Qalxanabənzər vəzimiz sancdı ki, bu qalmaq istəmir. Yalvar-yaxar elədik, dedi, xeyri yoxdu e, milyon versəz də, qalan deyiləm".


Bu xatırlatma ilə adlı-sanlı futbolçuların Azərbaycana gətirməyin çox çətin olmasına vurğu yapan Şahgəaldiyevin yazdıqlarına "Xəzər Lənkəran"ın press-ateşesi Hüseyn Cəbrayıloğlu belə münasibət bildirib:

 

"Bütün hallarda düşünürəm ki, nə qədər çətinlik olsa da, şəhərin futbol şəhəri olmasi önəmlidi. Lənkəranda sirf atmosfere görə o qeder tanınmış, yaxud daha yüksək liqalarda top qovan futbolçular oynayib ki…".

Tarix: 12 Oktyabr 17:24    Oxunub: 757    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.