Luiş Fiqu UEFA-da çalışacaq

Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu UEFA-da çalışacaq. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Avropanın ali futbol qurumu yayıb.

 

Məlumatda Fiqunun UEFA-da futbol məsləhətçisi kimi fəaliyyət göstərəcəyi qeyd edilib. O, birbaşa qurumun prezidenti Aleksandr Çeferinlə çalışacaq.

 

Çeferin UEFA-nın saytına açıqlamasında Fiqu ilə çalışacaqlarına görə məmnun olduğunu deyib: “Fiqu möhtəşəm futbolçu idi. O, çox hörmət edilən fiqurdu. Onun komandamıza qoşulmasından çox böyük sevinc duyuram”.

 

Futbolçu karyerası ərzində “Sportinq”, “Real”, “Barselona”, “İnter” kimi klublarda top qovmuş sabiq yarımmüdafiəçi, Portuqaliya millisində 127 oyun keçirib.

Tarix: 12 Oktyabr 16:00    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.