“Arsenal”ın sabiq futbolçusu 49 yaşında karyerasını bərpa etdi

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa edib. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

 

Məlumatda hücumameyilli yarımmüdafiəçinin Uelsin 4-cü divizionunda çıxış edən “Kerau” llə müqavilə bağladığı qeyd edilib. O, yeni komandasının heyətində oktyabrın 18-də, “Pontiklan”la qarşılaşmada debüt edəcək.

 

Vaxtilə İngiltərə millisinin də şərəfini qorumuş Merson 2006-cı ildə futbolçu karyerasını bitirsə də, 2012-ci ildə geri dönmüşdü. O, 5 illik fasilədən sonra yenidən futbola qayıtmaq qərarına gəlib.

 

Merson futbolçu karyerasının böyük qismini “Arsenal”da keçirib. O, “topçular”dan başqa, “Brentford”, “Midlsbro”, “Aston Villa”, “Portsmut”, “Uolsoll” kimi komandalarda top qovub.

Tarix: 12 Oktyabr 15:12    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.