Robert Prosineçki Bosniya və Herseqovina millisini çalışdıracaq?

Azərbaycan millisinin baş məşqçi postunda gələcək taleyi sual altında olan Robert Prosineçki barədə yeni iddia ortaya atılıb.

 

Sportinfo.az xəbər verir ki, bu dəfə xorvat mütəxəssisin Bosniya və Herseqovina millisini çalışdıra biləcəyi iddia edilib. Bu barədə xəbəri Xorvatiyanın “index.hr” saytı yayıb.

 

Xəbərdə yerli federasiyanın yığmanın hazırkı baş məşqçisi Mehmed Bajdareviçlə yeni müqavilə bağlamayacağı, onu məhz Prosineçki ilə əvəzləmək istədikləri qeyd edilib.

 

Daha öncə millimizin baş məşqçisinin Sloveniya və Xorvatiya millisinin “sükanı arxasına” keçəcəyi barədə iddia ortaya atılmışdı. Prosineçkinin Azərbaycan yığmasıyla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.

Tarix: 12 Oktyabr 14:48    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.