Eks "inter"li bir neçə il istirahət etdi, indi yenidən futbola qayıdır

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki,  Adriano fikirlərini bu cür izah edib: “Özümü yeni bir proyekt üçün hazırlayıram, qarşımıza gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm”.

 

Braziliyalı futbolçu karyerasını istədiyi kimi sonlandırmadığını sözlərinə əlavə edib: "Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

 

35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. Braziliya millisinin formasını isə 50 dəfə geyinib və 29 qola imza atıb.

Tarix: 12 Oktyabr 14:36    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.