"Mən bu komandanı heç vaxt satmaram, bizi siyahıdan silmək tezdi"

Braziliyaya məğlubiyyətdən (0:3) sonra Çilinin DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilmədiyi dəqiqləşincə, Arturo Vidal yığma karyerasını bitirdiyini bildirmişdi.

 

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın üzvü cəmi bir gün sonra fikrini dəyişib. O, yığma komandada çıxışını davam etdirəcəyini bildirib:

 

“Döyüşçü ağlaya, əzab çəkə bilər, amma heç vaxt təslim olmaz. Mən də bütün çilililər kimi məyusam. Biz səhvlər buraxdıq, arzumuzu reallaşdıra bilmədik.

 

Ağır zaman yetişib. Ancaq məhz indi ən yüksək keyfiyyətlərini nümayiş etdirməyin, Çilinin nəyə qadir olduğunu sübut etməyin vaxtıdı. Çili döyüşçülərin komandasıdı.

 

Mən bu komandanın üzvü olduğum üçün qürur duyuram. Bu komandanı heç vaxt satmaram. İstənilən vaxt yığmanın hər bir oyununa gələcəm. Birlikdə həmişəkindən daha güclü olacağıq. Bizi siyahıdan silmək tezdi. Növbəti döyüşdə görüşərik”.

Tarix: 12 Oktyabr 14:24    Oxunub: 79    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.