İşinə məsuliyyətsiz yanaşan Mahir Şükürov "Neftçi"dən qovuldu!

Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırılıb.

 

Sportinfo.az-ın “Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub.

 
Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib.

 

Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə məşqlərə, oyunlara gəlməyi tərgidib.
 
Şükürovun işinə soyuq münasibəti rəhbərliyin qulağına çatıb. Tərəflər görüşüb, söhbət ediblər və yekunda Mahirin təkcə U-14-dən yox, ümumiyyətlə, “Neftçi”dən ayrılması qərara alınıb.

Tarix: 12 Oktyabr 14:00    Oxunub: 410    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.