"Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişinə qadağa

“Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş “Lion”la səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi “Monako”ya müraciət edərək, bu qaşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını bildirib.

 

“Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi “II Lui” stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.

“Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmaq, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.

 

Oyunöncəsi “II Lui” stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq.

 

Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq. “Monako” - “Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.

Tarix: 12 Oktyabr 13:48    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.