Yığmamızı bundan sonra italyan baş məşqçi çalışdıracaq?

Robert Prosineçki ilə müqavilə müddəti artırılmayacaq. AFFA milli komandamızın anlaşması bitmək üzrə olan baş məşqisi ilə bağlı qərarını verib.
 
Sportinfo.az xəbər verir ki, xorvat çalışdırıcı özü də bunun fərqindədi. Yayda səs-küy qalxarkən yeni müqaviləyə nail ola bilməyən Robert ona görə də yeni variantlar axtarır.
 
AFFA da boş oturmur. Baş katib Elxan Məmmədov menecerlərə yeni məşqçi axtarmaq üçün göstəriş verib. Rəhbərliyi yenidən əcnəbi ilə anlaşmağın vacibliyinə inandıran Məmmədov ən real namizəd olan Qurban Qurbanovdan yayınmaq üçün hamını milllini əcnəbinin xilas edəcəyinə inandırıb.

 

Bir çox məsələlərdə gəlmə mütəxəssis daha sərfəli olduğundan, o, “Qarabağ”ın baş məşqçisini kuratorluq etdiyi millilərdə görmək istəmir.
 
Almanlardan, sonra da Prosineçkidən nəticə baxımından xeyir görməyən AFFA indi əsasən İspaniya və İtaliyada axtarışdadı. Mencerlər Məmmədova bir neçə məşqçinin adı yazılan siyahı veriblər. İndi Elxan bəy özü üçün (milli komanda üçün yox ha!!!) daha sərfəli olan birini seçməlidi.

 

Bu məsələdə baş katib Elxan Tağızadə ilə mübarzə aparır. Qurumda böyük nüfuz sahibi olan, adaşı ilə mehriban düşmən sayılan Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri İtaliya futbolunun azarkeşidi.

 

Vaxtilə almanların – Foqts, Gede, Lippert – ölkəmizə ayaq açmasına əngəl ola bilməyən Tağızadə indi özü bu işə qol qoyub və AFFA rəhbərliyinə bir neçə variant təklif edib.

 
Təbii ki, hər kəs öz adamını milli komandada görməklə futbol təsərrüfatında nüfuzunu artırmaq və ya möhkəmlətmək istəyir. Heç kimə futbolun inkişafı, milli komandanın taleyi maraqlı deyil (futbolinfo.az).

Tarix: 12 Oktyabr 13:24    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.