"Qəbələ" Ukrayna klubu ilə yoxlama görüşü keçirəcək - FOTO

“Qəbələ” İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq. Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın idmançıları Ukraynanın "KB-75" klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək.

 

Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və "KB-75"-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək.

 

Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq. 

Tarix: 12 Oktyabr 12:48    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.