"Təəssüf ki, mən getmədim"

Ukraynanın əfsanəvi boksçusu Vitali Kliçko yığma komandanın DÇ-2018-in seçmə mərhələsində Xorvatiyaya məğlub olduğu oyun (0:2) barədə danışıb.

 

Ukrayna Xorvatiyaya 0:2 hesabı ilə məğlub olaraq, DÇ-yə vəsiqə qazana bilməyib. Sportinfo.az xəbər verir ki, Kliçko oyun ərəfəsində yığmanın baş məşqçisi Andrey Şevçenkonun onu paltardəyişmə otağına dəvət etdiyini bildirib.

 

Paltardəyişmə otağına gedərək, futbolçulara təlimat vermədiyinə görə təəssüfləndiyini vurğulayıb: “Xorvatiyaya məğlubiyyətdən sonra az qala ağlamışdım.

 

Şevçenko oyundan əvvəl məni paltardəyişmə otağına dəvət etdi ki, futbolçulara təsir edim. Təəssüf ki, mən getmədim. Bilsəydim belə olacaq, paltardəyişmə otağına gedib onları təlimatlandırardım ki, daha aqressiv olsunlar. Heyf.”

Tarix: 12 Oktyabr 12:12    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.