Azərbaycan Qitələrarası Kubok uğrunda mübarizə aparacaq

Azərbaycan sərbəst güləşçiləri oktyabrın 14-də start götürəcək Qitələrarası Kubokda iştirak etmək üçün Dağıstanın Xasavyurt şəhərinə yollanıb.

 

Sportinfo.az xəbər verir ki, iki gün davam edəcək yarışa Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında 11 pəhləvan qatılıb.

 

Dağıstan Respublikasına Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) güləşəcək.

 

Görüşləri idarə edənlər arasında isə Azərbaycandan beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev olacaq.


Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, zbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir. 

Tarix: 12 Oktyabr 12:00    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.