"Qarabağ" - "Atletiko" matçına nə qədər bilet satılıb?

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

 

Sportinfo.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq qarşılaşmaya təxminən 30 000 bilet satılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

 

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi. “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

 

Satış məntəqələri: 

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Tarix: 12 Oktyabr 11:36    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.