Emanuel Ebue Nodar Məmmədovun komanda yoldaşı ola bilmədi

Azərbaycan milli komandasının, “Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq üzvü Nodar Məmmədov karyerasını Türkiyə Kiprində davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanda son olaraq “Turan Tovuz”un heyətində çempion olan Məmmədov “Yeni Boğaziçispor”da forma geyinir.

 

Nodar Məmmədovun aylıq maaşı 2500 manat civarındadı. Azərbaycanda son olaraq 500-700 manata oynamış Məmmədov hazırkı durumundan məmnundu. 

 

Maraqlı məqam ondan ibarətdir ki, bu klub məşhur Emanuel Ebueni düşərgəyə dəvət edib. “Arsenal” və “Qalatasaray”dakı möhtəşəm çıxışları ilə yadda qalan futbolçu müqaviləyə razı olsa da, həkim müayinəsindən keçə bilməyib.

Tarix: 12 Oktyabr 11:24    Oxunub: 443    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.